BMMT Baş katibi Suriyanın Daimi Nümayəndəsi ilə görüşdü

BMMT Baş katibi Suriyanın Daimi Nümayəndəsi ilə görüşdü
23.07.2025 17:29 Xarici siyasət

BMMT Baş katibi Cenevrədə Suriyanın Daimi Nümayəndəsi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Suriya Ərəb Respublikasının BMT-nin Cenevrə Ofisində və İsveçrədə yerləşən digər ixtisaslaşmış qurumlarda Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Heydər Əli Əhmədlə görüşüb.

Görüş zamanı Suriya ilə BMMT arasında institusional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə birgə təlim proqramlarının, ixtisasartırma kursları və seminarların təşkili imkanları vurğulanıb. Həmçinin, Suriyanın yenidən qurulması prosesində BMMT-nin mülki müdafiə və fəlakət riskinin azaldılması sahəsində rolu və mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Müzakirələr zamanı, mülki müdafiə və fəlakət risklərinin idarə olunması sahəsində ümumi məqsədlərə əsaslanan əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.

FOTOLAR

BMMT Baş katibi Suriyanın Daimi Nümayəndəsi ilə görüşdü — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər