Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir
08.10.2025 14:17 Xarici siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı hüquq mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirakı zamanı məlumat verilib.

Səfər zamanı Kamran Əliyev Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.

Görüşdə Mazin İbrahim Əl-Kahmus iki dövlət arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də iki ölkənin hüquq mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib.

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Somali Ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Baş prokuror Somali prezidenti cənab Hasan Şeyx Mahmudun 12 fevral tarixli Azərbaycana səfəri, prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində bağlanmış sazişləri vurğulayıb. Dövlət başçıları arasında olan yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verməsini bildirib.

Çıxış edən Hasan Moallim Mahmud Şeyx Əli Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrəçqarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.

Bundan başqa, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib. Görüşdə Baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

TodayPress TV

FOTOLAR

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər