Baş prokuror İrakli Kandaşvilini qəbul etdi

Baş prokuror İrakli Kandaşvilini qəbul etdi
01.04.2026 17:50 Xarici siyasət

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hər iki ölkənin hüquq sistemləri və praktiki hüquqşünasları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Baş prokuror Kamran Əliyev xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək ölkələrimizin hüquq mühafizə orqanları, eləcə də vəkillik və məhkəmə qurumlarının təmsilçilərinin qarşılıqlı təcrübə mübadiləsinin hüquq sistemlərinin inkişafı baxımından mühüm töhfə verməsini vurğulayıb.

Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili iki ölkənin həm vəkillik qurumları, həm də hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə iştirak edən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov prokurorluq orqanları və vəkillər kollegiyaları arasında mövcud olan yüksək əməkdaşlıq əlaqələrinə toxunub, İrakli Kandaşvilinin Gürcüstan Vəkillər Kollegiyasının sədri kimi ilk rəsmi səfərininin Azərbaycana edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiəsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər