Bakıda Latviyanın Müstəqillik Günü qeyd olundu

Bakıda Latviyanın Müstəqillik Günü qeyd olundu
20.11.2025 22:30 Xarici siyasət

Bakıda Latviyanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub.

TodayPress TV xəbər verir ki, mərasimində səfirlər, deputatlar, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak ediblər. Mərasim Azərbaycan və Latviyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya çıxış edib və iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə danışıb.

O, həm də ölkəsinin Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməyə hazır olduğunu bildirib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi ətrafında görülən işlər barədə məlumat verib.

“Azərbaycan və Latviya arasında otuz ildən artıq müddətdə formalaşmış münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlığa əsaslanır. Azərbaycan ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna inanır.

Hüquqi çərçivəmizin bir hissəsi olaraq, bu günə qədər ölkələrimiz arasında 47 sənəd imzalanıb. Hazırda altı sənəd layihəsi nəzərdən keçirilir. Yaxın gələcəkdə bu sənədlərin imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq”, Məcnun Məmmədov qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər