Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim etdi

Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim etdi
21.08.2025 09:10 Xarici siyasət

Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev avqustun 20-də etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Dominikan Respublikasındakı səfirliyi məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim etdi — 1
Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim etdi — 2
Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim etdi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər