Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət etdi

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət etdi
13.06.2025 11:19 Xarici siyasət

Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb.

"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur",-məlumatda qeyd olunub.

Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub:

"Təhlükə ilə bağlı operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara "Home Front Command", "Red Alert", "Tzofar" kimi tətbiqlərin yüklənməsi vacibdir. Hazırda İsrailin hava məkanı bağlı olduğundan hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Bununla yanaşı, ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir. Zəruri hallarda Azərbaycanın İsraildəki Səfirliyi ilə aşağıdakı əlaqə vasitələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: E-mail: [email protected] Telefon: +972 54 539 7788".

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər