Azərbaycan və Uqanda diplomatik və xidməti pasport sahiblərini vizadan azad edəcək

Azərbaycan və Uqanda diplomatik və xidməti pasport sahiblərini vizadan azad edəcək
30.12.2025 12:10 Xarici siyasət

Milli Məclis Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında sazişi ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış Azərbaycan hökuməti ilə Uqanda hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, rəsmi səfərlərin və qarşılıqlı təmasların sadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik və xidməti pasportlara malik vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, habelə hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Bu şəxslərin qəbul edən dövlətdə qalması, yaşaması, əmək fəaliyyəti və digər hüquqi məsələlər həmin dövlətin daxili qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik və xidməti pasport sahiblərinin, eləcə də onların ailə üzvlərinin hüquqi statusunu müəyyən edir. Akkreditasiyadan sonra bu şəxslər təyinat müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə, orada qala və ölkəni tərk edə bilərlər.

Sazişlə diplomatik və xidməti pasport sahiblərinin digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan istənilən sərhəd-buraxılış məntəqələrindən daxil olması və həmin ərazini tərk etməsi nəzərdə tutulur. Eyni zamanda, pasportların itirilməsi, oğurlanması, korlanması və ya etibarlılıq müddətinin başa çatması hallarında müvafiq dövlət orqanlarının məlumatlandırılması və yeni səyahət sənədlərinin verilməsi qaydaları tənzimlənir.

Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlıq məqsədləri ilə onun icrasının müvəqqəti olaraq tam və ya qismən dayandırılması, habelə "persona non grata" və ya arzuolunmaz şəxs hesab edilən şəxslərin ölkəyə girişinə imtina edilməsi hüququnu Tərəflər üçün saxlayır. Sazişin təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələr diplomatik kanallar vasitəsilə məsləhətləşmələr yolu ilə həll edilir.

Saziş qeyri-müəyyən müddətə bağlanıb və Tərəflərin daxili prosedurların tamamlandığını təsdiq edən sonuncu yazılı bildirişinin diplomatik kanallarla alınmasından 30 gün sonra qüvvəyə minir. Tərəflərdən hər biri Sazişi diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə ləğv edə bilər; bu halda Saziş bildirişin alındığı tarixdən 90 gün sonra qüvvədən düşür.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Bütün Xəbərlər