Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi

Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi
11.06.2025 13:55 Xarici siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulandı. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirilib.

Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd edilib. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamani imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirilib. Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutub - Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev hər biri beş səfər edib.

Qeyd edilib ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə imzalanıb.

Eyni zamanda Özbəkistan Prezidentinin yaxın zamanlarda Azərbaycana növbəti dəfə səfər edəcəyi vurğulanıb.

Azərbaycan və Özbəkistanın regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edilib.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41 % artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.

İyunda Azərbaycanda Hökumətlərarası birgə komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırılıb.

Ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulanıb.

Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə olunmuş razılaşmaların praktiki icrası təmin olunur.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun xətti ilə hazırda 10-dan çox perspektivli layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb. Bu layihələr təhsil, tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, logistika, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir.

Sənaye kooperasiyasında səmərəli qarşılıqlı fəaliyyətin nəticələri təqdir edilərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlarına dair fikir mübadiləsi aparılıb.

Bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək Azərbaycanın Özbəkistan və Qazaxıstanla birgə Avropaya yaşıl enerji təchizatı marşrutunun yaradılmasını hədəfləndiyi məmnunluqla qeyd edilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə bəhs olunub. Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasına görə Özbəkistan tərəfinə minnətdarlıq bildirilib. Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin açılışının önəmi qeyd edilib.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18 %-dən çox artdığı bildirilib. Orta Dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edilib.

Bununla yanaşı, gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Humanitar və mədəniyyət sahələrində əlaqələrin nəticələri təqdir edilib. 2023-cü ildə Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçirilib. Ötən il isə Özbəkistanda Azərbaycanın Mədəniyyət Günləri təşkil edilib.

Regionlararası əlaqələrin əhəmiyyətinə toxunularaq iki ölkənin 10 şəhəri arasında qardaşlaşma haqqında sənədlərin imzalanması müsbət qiymətləndirilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Pambıqçılıq klasterlərinin yaradılması, sosial və kommersiya obyektlərinin inşası, tikinti materiallarının istehsalı, neft-qaz sənayesi, kənd təsərrüfatı, maliyyə sektoru, nəqliyyat-tranzit, gəmiqayırma, təhsil və bir sıra digər istiqamətlərdə perspektivli layihələr nəzərdən keçirilib.

FOTOLAR

Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi — 1
Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi — 2
Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi — 3
Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi — 4
Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirildi — 5
XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər