Azərbaycan səfirliyi: Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər

Azərbaycan səfirliyi: Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər
20.02.2026 17:30 Xarici siyasət

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda bildirilir ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.

Hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və Sülh Şurasının ilk iclasında iştirakı çərçivəsində baş verib.

Məlumata görə, Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin nəqliyyat vasitəsinə qarşı təhqiramiz hərəkətlər ediblər. Həmçinin Azərbaycanın rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndirilib.

Səfirliyin açıqlamasında qeyd olunur ki, Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlərin yalnız təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanır.

Bəyanatda həmçinin ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasına istinad edilərək hotel ərazisinin rəsmi təhlükəsizlik perimetrinə daxil edildiyi bildirilib.

Səfirlik təhlükəsizlik tədbirlərinin təhrif olunması və əsassız iddiaların yayılması cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər.

Sonda məsuliyyətli məlumatlandırmaya çağırış edilərək, təsdiqlənməmiş iddialar əsasında nəticələr çıxarılmamasının vacibliyi vurğulanıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan səfirliyi: Etirazçılar Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Bütün Xəbərlər