Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi

Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi
19.05.2025 12:00 Xarici siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib. 

Bu barədə TodayPress TV-yə Nazirlər Kabinetindən məlumat verilib. 

Bildirilib ki, builki forum “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar” mövzusuna həsr olunub.

Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. 

Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin “DP World” şirkətlər qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə danışıqlar aparılıb. 

Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Ticarət, investisiya və rəqəmsal texnologiyalar sahələrində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib. 

Nümayəndə heyəti Forum çərçivəsində məhsul və xidmətlər sahəsində milli nailiyyətlərin nümayiş etdirildiyi “Russia Halal Expo” beynəlxalq sərgisində təqdim olunan Azərbaycan stendinə də baş çəkib.

FOTOLAR

Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi — 1
Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi — 2
Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi — 3
Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak etdi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər