Azərbaycan bizə dedi ki, nə ABŞ, nə də İsrail ərazimizdən sizə qarşı istifadə edə bilməz – İranın “gizli gücü” danışdı

Azərbaycan bizə dedi ki, nə ABŞ, nə də İsrail ərazimizdən sizə qarşı istifadə edə bilməz – İranın “gizli gücü” danışdı
20.07.2026 16:20 Xarici siyasət

İranın Ali rəhbərinin baş ali müşaviri, general Yəhya Rəhim Səfəvi regionda cərəyan edən hərbi-siyasi böhranlar və pərdəarxası proseslərə dair maraqlı açıqlamalar verib.

TodayPress TV xəbər verir ki, Səfəvinin bəyanatlarında ən diqqətçəkən məqamlardan biri region ölkələri, xüsusilə Azərbaycan və Türkiyə ilə yaşanan "dron insidenti" və ondan sonrakı yüksək səviyyəli hərbi-diplomatik təmaslardır.

Onun  sözlərinə görə, bu insident tərəflər arasında kəskin eskalasiya riski yaratsa da, dərhal işə düşən birbaşa kommunikasiya kanalları böhranın böyümədən idarə olunmasını təmin edib.

İranlı general hadisəni regional sabitliyi pozmağa yönəlmiş "açıq təxribat" kimi qiymətləndirdiyini və daxildə dərhal araşdırma əmri verdiyini bildirsə də, diplomatik müstəvidə həm Bakı, həm də Ankara ilə qırmızı xətləri yenidən cızdıqlarını gizlətmir.

Tehran rəsmisi hədəflərində qonşu dövlətlərin durmadığını açıq şəkildə bəyan etsə də, bu ölkələrin ərazilərindən ABŞ və İsrail kimi kənar güclərin İrana qarşı plasdarm kimi istifadə etməsinə dözümlülük nümayiş etdirməyəcəklərini və belə bir halda həmin nöqtələri hədəf alacaqlarını kəskin şəkildə tərəfdaşlarına çatdırıb.

Həm Azərbaycan, həm də Türkiyə regional neytrallıqlarını və suveren təhlükəsizlik prinsiplərini qətiyyətlə qoruduqlarını nümayiş etdiriblər.

Yəhya Rəhim Səfəvi qeyd edir ki, rəsmi Bakı öz ərazisində ABŞ və ya İsrailə məxsus hər hansı bir xarici hərbi bazanın mövcudluğunu qəti şəkildə təkzib edərək, üçüncü tərəflərin oyunlarına alət olmayacağını rəsmən diqqətə çatdırıb.

Eyni zamanda Türkiyə tərəfi də İncirlik hərbi bazasının İrana qarşı hər hansı bir əməliyyatda istifadə edilməyəcəyinə dair Tehrana aydın və birbaşa təminat verib.

Generalın bu bəyanatları sübut edir ki, kənar qüvvələrin regionda gərginliyi artırmaq və qonşu dövlətləri üz-üzə qoymaq cəhdlərinə baxmayaraq, Bakı, Ankara və Tehran arasında qurulan rasional təmas mexanizmi potensial hərbi qarşıdurmaların qarşısını almaqda hələ də əsas təhlükəsizlik sipəridir.  

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Cəlilabad sakinlərinə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 21:53 Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq 01:43 Sağlam yuxunun qarşısını alan qidalar açıqlandı 01:36 Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var 01:20 Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 Bütün Xəbərlər