Arif Quliyev İlham Əliyevə təbrik məktubu ünvanladı

Arif Quliyev İlham Əliyevə təbrik məktubu ünvanladı
30.05.2025 13:47 Xarici siyasət

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident. 

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi və doğma Azərbaycan xalqını müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük şərəf duyuram. 

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində yürütdüyünüz siyasət nəticəsində doğma Azərbaycanımızın ardıcıl şəkildə inkişafı, dünya ölkələri arasında tutduğu layiqli yer bizi olduqca fərəhləndirir.

Sizin rəhbərliyinizlə qazanılan zəfərlər ata vəsiyyətinin yerinə yetirilməsinin əməli təsdiqidir. Uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderimizin anadan olmasının 102 illiyi münasibətilə xatirəsinə dərin ehtiram olaraq mənim Ukraynada işıq üzü görmüş “Отец нации” (“Millət atası”) adlı monoqrafiyamın Ukrayna və Azərbaycan Milli Elmlər akademiyalarında, digər ictimai-siyasi dairələrdə təqdimatı Ulu Öndərə hörmət və məhəbbətimizin növbəti təzahürüdür.  Cənab Prezident, Azərbaycanımızın müasir dövrdə dövlət quruculuğu sahəsində əldə etdiyi təcrübəni, eləcə də ölkənin siyasi, iqtisadi, mədəni əməkdaşlığının inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.  Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə zəfər dolu yeni uğurlar, Azərbaycan xalqına daim firavanlıq və tərəqqi arzulayıram."

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Bütün Xəbərlər