Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ

Xüsusi icra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ
31.03.2026 11:34

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqə elan edilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək xüsusi icra məmurları vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprelin 1-dən mayin 1-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə ali təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak üçün Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Qulluğa qəbul" bölməsində "Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə" hissəsinə daxil olaraq "Müraciət et" vasitəsilə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"nı, eləcə də xüsusi icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək "Xüsusi icra məmurları" bölməsindən əldə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər