Xocalı kərpic zavodunun açılışı oldu

Xocalı kərpic zavodunun açılışı oldu
18.07.2025 14:23

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub.

Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.

Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.

Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.

Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılıması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.

FOTOLAR

Xocalı kərpic zavodunun açılışı oldu — 1
Xocalı kərpic zavodunun açılışı oldu — 2
Xocalı kərpic zavodunun açılışı oldu — 3
Xocalı kərpic zavodunun açılışı oldu — 4
Xocalı kərpic zavodunun açılışı oldu — 5
Xocalı kərpic zavodunun açılışı oldu — 6
Xocalı kərpic zavodunun açılışı oldu — 7
Xocalı kərpic zavodunun açılışı oldu — 8
Xocalı kərpic zavodunun açılışı oldu — 9
XƏBƏR LENTİ
02 AVQUST 2026
Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Bütün Xəbərlər