WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirildi - YENİLƏNİB

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirildi - YENİLƏNİB
17.05.2026 15:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakıda “Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının gedişatı” mövzusunda nazirlər səviyyəsində görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə 100-dən çox ölkənin nümayəndəsi çıxış edib.

Görüşdə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq çıxışında deyib ki, şəhərsalma Malayziya üçün, sadəcə, siyasət istiqaməti deyil, həm də milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli şəhərsalma mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin yarıdan çoxu yaşıl zona olacaq.

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir şəhərsalma prinsipləri əsas prioritetlərdəndir”, - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

O, söyləyib ki, 2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir.

Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Alberto Qreqoriu duş Santuş diqqətə çatdırıb ki, ölkəsi demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya nəticəsində sürətli şəhərsalma dövrünü yaşayır. Hazırda Anqola əhalisisinin sayı 36 milyonu ötür, onların əhəmiyyətli hissəsi iri şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Şəhər əhalisinin sürətlə artması mənzil sektoru, nəqliyyat infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmət sahələri üzərində ciddi yük yaradır.

Nazir WUF13-də bu sahədə bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.

Çexiyanın regional inkişaf naziri Suzana Mrazova bildirib ki, ölkəsi Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə şəhərsalma siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.

Kanadanın mənzil, infrastruktur və icmalar nazirinin müavini vəzifəsini icra edən Janet Golding vurğulayıb ki, ölkəsi qarşıdakı illərdə üç əsas istiqamətə üstünlük verəcək. Bunlar mənzil tikintisinin sürətləndirilməsi, inklüziv inkişaf və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin iqlim dəyişikliyinə davamlı və enerji səmərəli şəhərlərin qurulmasıdır.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun sessiyaları ölkələr arasında təcrübə mübadiləsi və ortaq həllərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Estoniyanın İqlim Nazirliyinin yaşayış mühiti və dairəvi iqtisadiyyat üzrə baş katibinin müavini İvo Yaaniso deyib ki, şəhərlərin uğurlu inkişafını uşaqların təhlükəsiz şəkildə məktəbə gedə bilmələri ilə ölçmək olar. Estoniya kiçik ölkə olsa da, şəhərləri rəqəmsal innovasiya, yaşıl keçid və inklüziv planlaşdırma sahələrində mühüm təcrübə məkanına çevrilib. Təhlükəsiz şəhərlərin formalaşdırılması prioritet istiqamətlərdən biridir.

İştirakçı ölkələr şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı və inklüziv şəhərlərin qurulması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşan şəhər inkişaf modellərinin tətbiqi istiqamətində görülən işləri və təcrübələrini bölüşüblər.

Çıxışlarda Yeni Şəhərsalma Proqramının həyata keçirilməsinin sürətləndirilməsi, şəhərlərin daha təhlükəsiz, yaşıl və yaşayış üçün əlverişli mühitə çevrilməsi baxımından innovativ yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi şəhərlərin gələcək inkişafında mühüm rol oynayır. Eyni zamanda, şəhər infrastrukturunun modernləşdirilməsi, yaşayış standartlarının yüksəldilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması istiqamətlərində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edilib ki, şəhərsalma sahəsində qarşıya çıxan çağırışların həlli yalnız milli səylərlə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Bu baxımdan təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və texniki biliklərin paylaşılması mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılması, yaşıl infrastrukturun genişləndirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və ekoloji risklərin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Bütün Xəbərlər