Prezident Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi

Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi
22.10.2025 14:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.

TodayPress TV xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi:

-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “İstiqlal ”ordenini Yaqub Eyyubova təqdim edərək dedi: Sizi təbrik edirəm.

Yaqub Eyyubov: Təşəkkür edirəm.

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: “Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur”.

“İstiqlal” ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi: “Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim”.

Prezident İlham Əliyev: Çox sağ olun.

TodayPress TV

FOTOLAR

Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi — 1
Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi — 2
Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi — 3
Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi — 4
Prezident  Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər