Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi
27.05.2025 12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. 

TodayPress TV xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib. 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. 

X X X 

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.  Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək.

Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. 

X X X 

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. 

Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur.

Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. 

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

FOTOLAR

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 1
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 2
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 3
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 4
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 5
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 6
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 7
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 8
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər