Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi

Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi
10.06.2025 14:01

Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. 

TodayPress TV xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlət başçısına yaradılan şərait barədə məlumat verib. 

Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. 

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub.

Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar. 

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur.

Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir.

Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb.

Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib.

Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub. 

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.  Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var. 

Dövlət başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir. 

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir.

Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

FOTOLAR

Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 1
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 2
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 3
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 4
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 5
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 6
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 7
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 8
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Bütün Xəbərlər