Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ

Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ
13.01.2026 15:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi.

Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.

Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.

Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

TodayPress TV

***

15:50

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

TodayPress TV

FOTOLAR

Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 1
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 2
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 3
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 4
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 5
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 6
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 7
Prezident Ağdərənin Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış oldu - YENİLƏNDİ — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər