Naxçıvanda Amnistiya aktı ilə bağlı 95 nəfər cəzadan azad edilib

Naxçıvanda Amnistiya aktı ilə bağlı 95 nəfər cəzadan azad edilib
24.12.2025 16:38

Naxçıvan Muxtar Respublikasında Amnistiya aktının icrasının davamı olaraq probasiya nəzarətində olan 95 nəfər şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

TodayPress TV xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidmətinin əməkdaşları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri, Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin baş məsləhətçisi Həsən Həsənov da iştirak ediblər.

Çıxışlar zamanı Amnistiya aktının əhəmiyyəti, Prezident İlham Əliyevin bu humanist addımının neçə-neçə ailəyə sevinc gətirdiyi, habelə məhkumlara normal həyata qayıtmaları üçün bir şans verildiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, cəzalardan azad olunan şəxslər bundan sonrakı davranışlarında qanunlara əməl etməli, cinayət törətməməli, göstərilən etimadı doğrultmalı, cəmiyyətə reinteqrasiya olunaraq əmək fəaliyyəti ilə məşğul olmalı, ailə və ictimai mühitdə məsuliyyətli davranışları ilə seçilməli, bir sözlə, Vətənə və cəmiyyətə layiqli vətəndaş olmalıdırlar.

Qərarın sevincini yaşayan məhkumlar dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər