Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər
27.12.2025 22:30

Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.

2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.

Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.

Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.

Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.

Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.

Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.

Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər