İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşdülər- YENiLƏNDİ

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşdülər- YENiLƏNDİ
21.08.2025 21:12

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.

TodayPress TV xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Salam, xoş gəlmisiniz.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Mən bilirəm ki, Kolatağ və Vəngli kəndlərinə keçmiş köçkünlər artıq 5-6 gün bundan əvvəl gəliblər. Xoş gəlmisiniz.

Sakinlər: Çox sağ olun. Siz də xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada sizin üçün çox gözəl şərait yaradılıb. Mənzillər hamısı təmirli, şərait, həyətyanı sahələr, su, bütün infrastruktur, hər şey var. Ən önəmlisi də gözəl təbiət və Vətən torpağı. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Bəli, cənab Prezident, var olun.

Prezident İlham Əliyev: Bu gün Mehriban xanımla Kolatağ kəndində də olduq, indi burada - Vəngli kəndindəyik. Biz burada əvvəllər də olmuşuq. Keçən dəfə gələndə bu kənd bərbad vəziyyətdə idi. İndi buranı belə gözəl bərpa etdik, təmir etdik. Burada rahat yaşamaq üçün bütün şərait var.

Sakinlər: Allah Sizi qorusun, Azərbaycanın uzunömürlü Prezidenti, Sizi öpürük. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun! Başına dönüm. Gələn ayaqlarınıza qurban. Sizə gələn azar bizə gəlsin. Bu günə görə Allahımızdan çox razıyıq. Şükür bu günü bizə yaşatdınız, arzumuza çatdıq. Allah daim köməyiniz olsun!

Kişi sakin: Ulu Öndərimizin dediyi kimi, ata-baba torpaqlarımıza qayıtdıq.

Prezident İlham Əliyev: Allaha şükür, təbriklər.

Qadın sakin: Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada, doğma torpaqda rahat, salamat yaşayın.

Sakinlər: Allah Sizə uzun ömür versin, bu xalqın, bu camaatın üstündən əskik eləməsin. Şükür bu günümüzə, dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Siz də sağ olun. Xoş gəlmisiniz.

Kişi sakin: Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Burada elə gözəl hava var ki, heç Bakıda belə hava yoxdur.

Sakinlər: Allah Sizi Azərbaycanın üstündən əskik eləməsin. Allah Sizə uzun ömür, cansağlığı versin. Dünya durduqca balalarınla birlikdə var olasınız.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi, getdi.

Sakinlər: Çox sağ olun, Allah Sizə uzun ömür versin. Allah köməyiniz olsun, Siz bizim alnımızdan ləkəni götürdünüz, şükür bu günümüzə.

Prezident İlham Əliyev: Uzun illər köçkünlük həyatı yaşamaq böyük əzabdır.

Kişi sakin: Çox zülmdür, zülm çəkmişik.

Prezident İlham Əliyev: Həm fiziki, həm mənəvi əzab. Torpaqları da biz döyüşərək aldıq. Heç kim onları bizə qaytarmadı.

Sakinlər: Allah o yumruğunuzu çox möhkəm eləsin. Allah Sizi Azərbaycanın üstündən əskik etməsin, amin. Uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin, birlikdə şəkil çəkdirək.

Sakinlər: Şükür bu günümüzə. Arzumuz idi, arzumuza çatdıq. İmişlidə, Kürdəmirdə yaşadıq.

Prezident İlham Əliyev: Orada da qaçqın düşərgəsində?

Sakinlər: Şəhərcikdə. Bizi dolandırmısınız. Başqa ölkələrdə köçkünlərə baxırıq, Sizə minnətdarıq. Siz bizə yaxşı baxmısınız, Sizdən hərtərəfli razıyıq. Uzunömürlü Prezidentimiz ol! Allahdan arzu edirəm “Dəmir yumruğ”unuz var olsun. Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Millətimiz sağ olsun! Yaşasın bizim Prezidentimiz!

Prezident İlham Əliyev: Sağ olun. Görünür, bu cavan qızlar işğal dövründə dünyaya gəliblər.


Sakinlər: Bəli, bəli.

Gənc qız: Bəli, cavan olsaq da, həmişə ürəyimiz Vətənlə döyünüb.

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!?

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

***

15:05

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər