Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salındı

Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salındı
19.03.2026 17:13

Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınıb.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

Qanuna əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bu Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə bilər.

Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə bilər.

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (bu Məcəllənin 133-3-cü maddəsinə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.

Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.

Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

Bu Məcəllənin 133-3.1-ci maddəsində nəzərdə tutulan elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 (doxsan) gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər