"Elektroenergetika haqqında" qanuna dəyişiklik təsdiqləndi

"Elektroenergetika haqqında" qanuna dəyişiklik təsdiqləndi
21.06.2025 11:33

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib.

TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib.

Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər