Elçin Ağamalı AVP partiyadan çıxarıldı

Elçin Ağamalı AVP partiyadan çıxarıldı
08.11.2025 01:33

Fəzail Ağamalının sədr postunda qaldığını iddia etdiyi “Ana Vətən” Partiyasının (AVP) İdarə Heyətinin iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda oktyabrın 25-də keçirilən qalmaqallı növbdənkənar qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalının AVP-dən çıxarılması barədə qərar qəbul olunub.

Qeyd edilib ki, iclasda ilk olaraq AVP-nin növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla partiya üzvünün müvafiq vəzifələrini müəyyən edən “Siyasi partiyalar haqqında” qanunun və partiya Nizamnaməsinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb. Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı AVP-dən xaric edilib. Bununla yanaşı, partiyanın 12 rayon təşkilatının sədrlərinin partiya üzvü olmayan 25 şəxsi qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. 12 rayon təşkilatının sədrlərinin partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edib. Növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.

Eyni zamanda qeyd olunub ki, AVP Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaq ilə bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib.

Qeyd edilib ki, İdarə Heyətinin növbəti iclasında Partiyanın növbəti Qurultayının keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.

Elçin Ağamalı açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi növbədənkənar qurultay, Fəzail Ağamalının sədr postundan istefası, yeni sədrin seçilməsi ilə bağlı məsələyə hüquqi qiymət verənə qədər qarşı tərəfin addımı ilə bağlı məsələyə münasibət bildirmək istəmir: “Ədliyyə Nazirliyinin növbədənkənar qurultay, Fəzail Ağamalının sədr postundan istefası, yeni sədrin seçilməsi ilə bağlı məsələyə hüquqi qiymətindən asılı olaraq partiyadakı həmkarlarımla hansı addımı atacağımız barədə qərar verəcəyik”.

Xatırladaq ki, oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.

Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.

Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.

Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər