Deputatlar Vaşinqton bəyannaməsinin mahiyyət etibarilə ilkin sülh sazişi olduğunu bildirdilər

Deputatlar Vaşinqton bəyannaməsinin mahiyyət etibarilə ilkin sülh sazişi olduğunu bildirdilər
09.09.2025 12:31

Prezident İlham Əliyev Azərbaycanı ərazisi işğal olunmuş dövlət imicindən xilas etdi.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşü və razılaşmaları da bu prosesin məntiqi davamıdır:

"Ermənilərin Azərbaycan torpaqları hesabına böyük xəyalları məhv edildi. ATƏT-in 33 illik heç bir fəaliyyəti olmayan Minsk qrupu ləğv olundu. İndi Prezident İlham Əliyev erməni xalqına faydalı qonşu olmaq modelini təqdim edir".

Milli Məclisin üzvü Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla quru sərhədin açılması məsələsinə də toxunaraq bunun tarixi əhəmiyyətini qeyd edib:

"Hazırda qarşıdakı ən böyük hədəf bütöv Azərbaycana yetişməkdir. Artıq Naxçıvanla dəhlizin qurulması bu hədəfə yaxınlaşmağın növbəti addımıdır".

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə bildirib ki, Vaşinqton bəyannaməsi mahiyyət etibarilə ilkin sülh sazişidir.

Öz növbəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Vaşinqton bəyanaməsində bir cümlə də olsun Qarabağ sözü yoxdur, etnik ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür: 

"Nəhayət, Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi - Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsl müstəqillik hadisəsidir. Son 30 ildə heç bir təşkilat fəaliyyətinə könüllü xitam verməyib. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır". 

Komitə sədri vurğulayıb ki, sənəddə "Tramp yolu" adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək: 

"Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar, onların portreti altında prezidentə yol göstərənlərə deyərdilər - İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir".

Milli Məclisin deputatı Kamal Cəfərov söyləyib ki, Vaşinqton razılaşmaları Azərbaycanın son illər ərzində qazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqi nəticəsidir: 

"ABŞ Prezidenti Donal Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə ölkəmizin regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən tam qəbul edilməsi, beynəlxalq hüquq və milli maraqlara söykənən müstəqil siyasətin təntənəsidir. Vaşinqton razılaşmaları Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərinin təkcə Ermənistan deyil, bütün dünya birliyi tərəfindən qəbul edilməsinin göstəricisidir. Bununla da Zəngəzur dəhlizinə qarşı aparılan kampaniya və cəhdlərə də son qoyuldu".

Onun sözlərinə görə, Vaşinqtonda əldə olunan konsensus həm də Cənubi Qafqazın geosiyasi memarlığının Azərbaycan tərəfindən təqdim edilən yeni, müstəqil və qarşılıqlı maraqlara əsaslanan model əsasında qurulması üçün mühüm rol oynayır: 

"Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat, kommunikasiya və iqtisadi xəritəsinin döyünən ürəyinə çevrilib. Zəngəzur dəhlizinin açılması ilə biz həm Naxçıvanla birbaşa əlaqəni bərpa edəcək, həm də Asiya ilə Avropa qitələrini birləşdirəcək mühüm nəqliyyat bağlantısını reallaşdıracağıq. Zəngəzur dəhlizi Türk dünyasının coğrafi birliyini də möhkəmləndirəcək, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin kəsişməsində ölkəmizin strateji mövqeyini əvəzsiz edəcək".

TodayPress TV

(Report)

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər