Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq – QANUN QƏBUL EDİLDİ

Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq – QANUN QƏBUL EDİLDİ
10.07.2026 11:43

Azərbaycanda internet informasiya ehtiyatlarında qanunla qadağan edilən məzmunun yayılmasına qarşı nəzarət daha da gücləndirilir.

TodayPress TV bildirir ki, Milli Məclis bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Qanuna əsasən, müəyyən edilmiş qanun pozuntuları aşkar edildiyi halda internet informasiya ehtiyatının və ya onun müvafiq hissəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyət tətbiq ediləcək hallara aşağıdakılar daxildir:

narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanması, istifadəsi, qanunsuz əldə olunması və ya tərkibində narkotik maddələr olan bitkilərin becərilməsi ilə bağlı məlumatların yayılması;

pornoqrafik materialların, o cümlədən uşaq pornoqrafiyasına aid məzmunun yerləşdirilməsi;

ictimai mənəviyyatı təhqir edən, açıq şəkildə əxlaqsız ifadələrin, jestlərin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılması;

qanunla icazə verilməyən qumar oyunlarının təşkili və ya həmin oyunlarda iştiraka təşviq edən məlumatların paylaşılması;

intiharı problemlərin həlli yolu kimi təqdim edən, ona bəraət qazandıran, təbliğ edən və ya intihar üsullarını izah edən materialların yayılması;

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə uyğun yaş məhdudiyyəti ilə işarələnməyən film, animasiya, kompüter və digər elektron oyunların yerləşdirilməsi (“Universal” yaş kateqoriyası istisna olmaqla);

təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatların dərc edilməsi;

insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə, nəqliyyat, rabitə, energetika, maliyyə və digər mühüm infrastruktur obyektlərinin fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatların yayılması.

Qəbul edilən dəyişikliklərə əsasən, bu xarakterli məzmunun yerləşdirildiyi internet informasiya ehtiyatına və ya onun müvafiq bölməsinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Bütün Xəbərlər