“Bir pəncərə” informasiya sistemi yaradıldı - FƏRMAN

“Bir pəncərə” informasiya sistemi yaradıldı - FƏRMAN
15.12.2025 12:57

Xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə “Bir pəncərə” informasiya sistemi yaradılıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Müəyyən edilib ki:

xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

-tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

-nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

-sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

-yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

-daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

-ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;

Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.

Nazirlər Kabineti:

doqquz ay müddətində:

-Sistemin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-beynəlxalq təcrübə nəzərə alınmaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görsün.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

-Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;

-Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

-Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etsin.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər