Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO
18.08.2025 16:47

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsi 106-cı ildönümünü Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir hərbi arsenala malik, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini peşəkar şəkildə qorumağa qadir bir qurum kimi qarşılayır.

Bildirilib ki, bu münasibətlə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

“Sərhədçi” Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Prezident İlham Əliyevin 16 avqust 2025-ci il tarixli sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.

FOTOLAR

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 1
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 2
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 3
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 4
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 5
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 6
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 7
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 8
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi - VİDEO — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Bütün Xəbərlər