Zəhra Pezeşkian: “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi qlobal çağırışdır”

Zəhra Pezeşkian: “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi qlobal çağırışdır”
23.12.2025 11:05

“Müasir texnologiyalar geniş imkanlar açsa da, uşaqlar üçün ciddi risklər də yaradır”.

TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, müasir dünyada texnologiya danılmaz üstünlüklərlə yanaşı, uşaqların təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı və sağlam inkişafı üçün ciddi çağırışlar yaradır:

“Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, hər bir uşaq təhlükəsiz və ədalətli mühitdə böyümək hüququna malikdir, lakin rəqəmsal məkanda bu fundamental hüququn pozulması riski daha da artır.

İranda beynəlxalq öhdəliklər praktik və məqsədyönlü addımlarla möhkəmləndirilib və uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində geniş tədbirlər həyata keçirilib. 1400-cü ildə Ali Rəqəmsal Məkan Şurası tərəfindən təsdiqlənmiş “Uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə qorunması sənədi” bu səylərin əsasını təşkil edir və Milli İnformasiya Şəbəkəsi çərçivəsində təhlükəsiz mühitin yaradılmasına yönəlib”.

Z.Pezeşkian çıxışda vurğulanıb ki, sözügedən sənəd məzmunun yaşa görə təsnifatı, ağıllı filtrləmə mexanizmləri və İran-İslam dəyərlərinə uyğun yerli məzmunun təşviqini nəzərdə tutur. Bundan əlavə, 1403-cü ildə qəbul edilmiş “İranlı uşaq və yeniyetmələr üçün rəqəmsal ekosistem siyasətnaməsi” yerli proqram təminatı və texnoloji həllərin dəstəklənməsi, məzmunun tənzimlənməsində süni intellektdən istifadə və rəqəmsal savadlılığın artırılmasını prioritet kimi müəyyən edir.

Zəhra Pezeşkian əlavə edib ki, hüquqi müstəvidə də uşaqların və yeniyetmələrin müdafiəsi haqqında qanunlarda, eləcə də kompüter və kiber cinayətlərə dair qanunvericilikdə onlayn istismar, təhqir və şəxsi həyatın toxunulmazlığının pozulması kimi əməllər cinayət məsuliyyəti yaradan hallar kimi təsbit olunub. Eyni zamanda, uşaqların təhlükəli internet mühitinə çıxışının qarşısını almaq məqsədilə rəqəmsal platformalar üçün yaş nəzarəti və təhlükəsizlik sistemlərinin tətbiqi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər