WUF13-ün Təşkilat Komitəsinin növbəti iclası keçirildi

WUF13-ün Təşkilat Komitəsinin növbəti iclası keçirildi
11.12.2025 23:40

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.

Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.

Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.

Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər