UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı

UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı
29.07.2025 16:08

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Azərbaycanın BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il Azərbaycanın ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanda uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, Azərbaycan vətəndaşlarının öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

Saja Farooq Abdullah Azərbaycanda fəaliyyəti müddətində uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

FOTOLAR

UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı — 1
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Bütün Xəbərlər