Türkdilli ölkələr "yaşıl maliyyə" platformasını işə salmağı planlaşdırır

Türkdilli ölkələr "yaşıl maliyyə" platformasını işə salmağı planlaşdırır
09.09.2025 20:45

Türkdilli ölkələr əməkdaşlıq, məlumat mübadiləsi və layihələrin inkişafı üçün rəqəmsal mərkəzə çevriləcək "yaşıl maliyyə" platformasını işə salmağı düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurasının Qazaxıstanın Astana şəhərində keçirilən Birinci Təsis Toplantısının yekunları üzrə imzalanmış kommünikedə deyilir.

İclasda Azərbaycanı Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə təmsil edib.

Qeyd olunur ki, qəbul edilmiş kommünike üzv dövlətlərin "Türk Dünyasına Yaşıl Baxış"a sadiqliyini və onların "yaşıl maliyyə" sahəsində regional əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdiyini təsdiq edir. Sənəddə "yaşıl" maliyyə alətlərinin inkişafı, dayanıqlı maliyyə strategiyaları və taksonomiyalarının işlənib hazırlanması, həmçinin əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və biliklərin ötürülməsinin asanlaşdırılmasının vacibliyi vurğulanır.

Xatırladaq ki, Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurası 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən XI TDT Sammitində imzalanmış Anlaşma Memorandumu əsasında dayanıqlı maliyyə sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb. Yeni platforma kimi Şura üzv təşkilatlara ekoloji, sosial və idarəetmə (ESG) amillərini nəzərə alaraq investisiyaları təşviq edərək "yaşıl" və davamlı maliyyənin inkişafı üçün məsləhət və ekspert dəstəyi verir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər