Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
02.05.2026 12:28

Qarabağda həyata keçirilən işlər çox müsbət təəssürat yaradır.

TodayPress TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edən Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.


O qeyd edib ki, bu cür səfərlər diplomatik korpus üçün bölgədə aparılan bərpa və quruculuq işlərini yaxından görmək baxımından mühüm əhəmiyyət daşıyır.

Səfir vurğulayıb ki, Slovakiya Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yüksək səviyyədə təmsil olunacaq: “Forumda Slovakiyanın Baş nazirinin müavini və regional inkişaf naziri iştirak edəcək. Bundan əlavə, may ayında parlament spikerinin, eləcə də ölkə Prezidentinin Azərbaycana rəsmi səfərləri planlaşdırılır. Slovakiya Prezidentinin Qarabağa səfəri də nəzərdə tutulur”.

O, həmçinin bildirib ki, Slovakiya şirkətlərindən biri Qarabağın bərpasında iştirak edir və Ağdam rayonunda kənd tikintisi layihəsinə cəlb olunub.

Səfir əlavə edib ki, Azərbaycan və Slovakiya arasında əməkdaşlıq perspektivləri genişdir: “Biz müdafiə sənayesi və infrastruktur layihələri sahəsində uğurla əməkdaşlıq edirik. Azad edilmiş ərazilərdə də bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur”.

(AZƏRTAC)

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər