Şaul Siman-Tov Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Şaul Siman-Tov Prezident İlham Əliyevə təbrik məktubu göndərdi
29.05.2025 14:54

İsraildə fəaliyyət göstərən “Sholumi” Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan Prezident İlham Əliyevi təbrik edib. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə  Hörmətli cənab Prezident. 

“Sholumi” Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlmiş səylərin rəmzinə çevrilib. 

Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir.

İsrail ilə Azərbaycanın dostluğu təkcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır. 

Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudiləri özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər.

Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xatirəni qürurla yaşadırıq. Bu səmimi münasibətlər indi də davam edir və əminik ki, daha da güclənəcəkdir. 

“Sholumi” Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır.

Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq. 

Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmçinin bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər