Samir Şərifov Vyanada "Türk həftəsi"nin açılışında iştirak etdi

Samir Şərifov Vyanada "Türk həftəsi"nin açılışında iştirak etdi
13.01.2026 14:56

Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir.

Bu barədə TodayPress TV-yə XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.

Azərbaycan Respublikasının Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Vyana bölməsindəki bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Açılış mərasimində TDT-yə hazırda sədrlik edən ölkə - Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edib. S.Şərifov Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib, adıçəkilən təşkilatın yaradılması məqsədilə imzalanmış Naxçıvan sazişindən, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşündə imzalanmış Qəbələ Bəyannaməsindən, habelə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş bəyannamənin mahiyyətindən bəhs edib. O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq, “Orta Dəhliz”in şərqlə qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov çıxışı çərçivəsində, həmçinin türk dövlətləri arasında mədəniyət, elm və təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunaraq, ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sərginin açılışı zamanı, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNDOC), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbər şəxsləri çıxış ediblər.

Sərgidə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əsk etdirən fotolar və eksponatlar nümayiş etdirilib.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin müavini Samir Şərifov və TDT Baş Katibi Kubanıçbek Ömüralıyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, “Türk həftəsi” çərçivəsində ATƏT-in mənzil qərargahında “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə əlaqəliliyin təşviqi” adlı dəyirmi masanın, türk dövlətlərinin mədəniyyət nümayəndələrinin iştirakı ilə qala konsertin və TDT-nin diaspora potensialının artırılması üzrə üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər