Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü

Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü
17.07.2025 17:08

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

FOTOLAR

Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü — 1
Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü — 2
Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü — 3
Samir Nuriyev BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşdü — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər