Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”

Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”
10.02.2026 20:58

“Azərbaycan–İran arasında iqtisadi əməkdaşlıq demək olar ki, bütün əsas sahələri əhatə edir və birgə layihələr regional nəqliyyat və enerji əlaqələrini gücləndirir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafdan bəhs edərkən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəal rolunun xüsusi vurğulanması vacibdir:

“Prezidentlərin tapşırıqları çərçivəsində nəqliyyat, enerji, ticarət, infrastruktur və rabitə sahələrində mühüm layihələrin icrası təmin olunur. Bu layihələrin bir qismi hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, digərləri isə artıq yekunlaşdırılaraq istifadəyə verilib. Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclasının bu sahələrin daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminik”.

Baş nazirin müavini qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan–İran Biznes Forumunda hər iki ölkə Prezidentinin birgə iştirakı dövlətlərin özəl sektorun inkişafına və iqtisadi tərəfdaşlığa verdiyi böyük əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.

Şahin Mustafayev vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji dayaqlarından biri olaraq qalır. Birgə layihələr regional bağlantıların gücləndirilməsinə və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal–Cənub və Şərq–Qərb marşrutlarının inkişafına xidmət edir.

Onun sözlərinə görə, hazırda icra olunan əsas layihələr sırasında Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Buraya Ağbənd–Kalalə və Ordubad–Siyahrud avtomobil yolu körpülərinin tikintisi daxildir. Eyni zamanda Azərbaycan investisiyası hesabına İranda, Astara şəhərində quru yük dəmir yolu terminalının tikintisi ardıcıl şəkildə davam etdirilir.

Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində dəmir yolları, avtomobil yolları və limanları əhatə edən müasir infrastruktur formalaşdırılır. Bu dəhlizin funksionallığının artırılması, yük həcmlərinin genişləndirilməsi və tranzit müddətlərinin rəqəmsal həllər və gücləndirilmiş gömrük koordinasiyası vasitəsilə azaldılması istiqamətində praktiki addımlar atılır. Bu məsələlər ötən ilin oktyabrında Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüşdə ətraflı müzakirə olunub və nəticədə xüsusi İşçi Qrupları yaradılıb.

Şahin Mustafayev bildirib ki, enerji gündəliyində “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyaları, eləcə də “Ordubad–Marazad” SES layihələri mərkəzi yer tutur. Bu təşəbbüslər yalnız enerji sahəsində əlaqələri gücləndirmir, eyni zamanda “yaşıl enerji” sektorunun inkişafı üçün yeni perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər