Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşdü

Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşdü
02.11.2025 16:50

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin Prezidenti Mohamed Alyammahi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, görüşdə spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. O cümlədən, Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələrə malik olduğu bildirilib.

Bu günlərdə Bakıda keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş Beynəlxalq Parlament Konfransında bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakından da məmnunluq ifadə olunub.

Görüşdə Mohamed Alyammahi Azərbaycanın ərəb ölkələri üçün xüsusi yerə malik olduğunu qeyd edib. O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə də birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Həmçinin, Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb.

Görüşdə, həmçinin Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, bu istiqamətdə birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər