Sahibə Qafarova: “Azərbaycan, Pakistan və Türkiyə arasında əlaqələr artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Sahibə Qafarova: “Azərbaycan, Pakistan və Türkiyə arasında əlaqələr artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
14.10.2025 12:12

"Cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – cənab İlham Əliyevin, cənab Rəcəb Tayyib Ərdoğanın və cənab Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi olduq".

TodayPress TV xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün yekun iclasındakı çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər halda, belə yaxın əlaqələrə malik olan başqa üç ölkəyə çox nadir hallarda rast gələrik. Spiker vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında — istər Azərbaycan–Türkiyə, Azərbaycan–Pakistan, istərsə də Türkiyə–Pakistan əlaqələri baxımından  qarşılıqlı dəstək, birlik və həmrəylik ən yüksək səviyyədədir. Bu əlaqələr dövlətlərarası münasibətlərin demək olar ki, bütün istiqamətlərini əhatə edir və gün keçdikcə daha da möhkəmlənir və dərinləşir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 Bütün Xəbərlər