Sahibə Qafarova Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik etdi

Sahibə Qafarova Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik etdi
19.10.2025 21:10

Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.

TodayPress TV  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, iclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusilə belə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nın əhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini bildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səsini eşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.

Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildirib ki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib.

Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da Assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması üçün çox vacibdir.

Milli Məclisin sədri çıxışında həmçinin deyib ki, dünyamızın üzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylər olmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayiş etdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.

Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreynin rəhbərliyi altında Assambleya bütün Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğun olaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə töhfə verəcək.

Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər