QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu

QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu
15.08.2025 11:50

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, görüş gənclərin təşəbbüsü ilə həyata keçirilən və BMT Baş Assambleyası çərçivəsində təşkil olunan YouthLead Festivalına hazırlıq məqsədi daşıyır.

Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobal irəliləyişi sürətləndirmək” olacaqdır.

Tədbir QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənovanın nitqi ilə açıq elan olunub. L. Həsənova gənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüziv nəticələr əldə edilməsində əhəmiyyətini vurğulanıb. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva gənclərin yenilikçi, yaradıcı və qətiyyətli xarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığına toxunub.

Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub. Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarası əməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobal səviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.

QHGT-nin BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyi ənənəvi dialoq panel müzakirəsi formatında davam edib.

QHGT Katibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”, “Arzuladığımız gələcək: gənclər üçün uyğun 1 bir dünya” və “Dəyişimin toxumları: baş verən yeniliklər” mövzularını əhatə edib.

Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxın gənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşən Milli Bölmə təmsilçiləri də iştirak edib. Tədbirin sonunda iştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərini bölüşüblər.

FOTOLAR

QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 1
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 2
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 3
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 4
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 5
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 6
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 7
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 8
QHTG-nin mənzil qərargahında “YouthLead Dialogues” adlı tədbir oldu — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Bütün Xəbərlər