Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır

Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır
18.10.2025 10:21

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır və siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün təsirli platforma rolunu oynayır.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, 2009-cu ildə qədim Azərbaycan torpağı - Naxçıvanda qurulan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və həmrəyliyin gücləndirilməsinə böyük töhfə verib.

Azərbaycan Prezidenti TDT-nin ötən il Şuşada ilk qeyri-rəsmi Sammitinin, bu yaxınlarda isə Qəbələdə Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısının keçirildiyini xatırladıb. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu yüksək səviyyəli görüşlər zamanı ölkələrimizin təşkilat çərçivəsində əməkdaşlığının əsas məsələlərinə, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, türk dünyasının sıx birləşməsinə, siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə kömək edən bəyannamələr imzalanıb.

"Mədəni-humanitar və təhsil sahələrində ölkələrimiz arasında TDT çərçivəsində əməkdaşlıq sistemli və mütərəqqi xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi axşamların və konfransların təşkilindən tutmuş elmi və təhsil müəssisələrinin fəal qarşılıqlı fəaliyyətinə qədər geniş istiqamətləri əhatə edir", - Prezident əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Bütün Xəbərlər