Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi
16.10.2025 13:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

TodayPress TV xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.

Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.

O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.

Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi — 1
Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi — 2
Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi — 3
Prezident İlham Əliyev Mariyana Kuyundziçin etimadnaməsini qəbul etdi — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər