Prezident İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı oldu

Prezident İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı oldu
07.06.2025 14:53

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.

Dövlətimizin başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər