Prezident İlham Əliyev “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi
12.11.2025 13:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.

Dövlət başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını deyib. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi — 1
Prezident İlham Əliyev “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi — 2
Prezident İlham Əliyev “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər