Prezident BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdü- YENİLƏNDİ

Prezident BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdü- YENİLƏNDİ
25.09.2025 21:34

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər. Baş katib Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsində Azərbaycana səfərini xatırlayan Antonio Quterreş həmin vaxt ölkəmizdə qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti ilə yerində tanış olduğunu dedi. O, bütün bu məsələlərin artıq keçmişdə qaldığını sevinc hissi ilə vurğulayaraq, Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar böyükmiqyaslı layihələr həyata keçirdiyini qeyd etdi. BMT-nin Baş katibi COP29-un Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq iqlim gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlər münasibətilə də dövlətimizin başçısını təbrik etdi və bu tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı təşəkkürünü çatdırdı. Antonio Quterreş BMT ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, hazırda ölkəmizin bu təşkilatın digər regionlarda fəaliyyətini dəstəklədiyinə görə minnətdarlığını bildirdi, beynəlxalq böhranların aradan qaldırılmasında Azərbaycanla BMT arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd etdi. Azərbaycanın çoxtərəfli diplomatiyada fəal roluna toxunan BMT-nin Baş katibi Qoşulmama Hərəkatında ölkəmizin uğurlu sədrliyini də vurğuladı, Azərbaycanın artıq donor ölkə olaraq BMT-nin müxtəlif institutlarının fəaliyyətinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. BMT-nin Baş katibi ölkəmizin regional əməkdaşlıq layihələrinin inkişafındakı, həmçinin Mərkəzi Asiya ilə regional nəqliyyat bağlantılarının yaradılmasındakı rolunu qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət daşıdığını vurğuladı. İki ölkə arasındakı münasibətlərin və regiondakı vəziyyətin tamamilə dəyişdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və Ermənistan müstəqilliklərini əldə edəndən bəri regionda sülh olmayıb. Hazırda isə bölgədə sülh mövcuddur. Hər iki ölkənin sülh şəraitində yaşamağa öyrəşdiklərini vurğulayan Prezident İlham Əliyev bunun həm Azərbaycan, həm də Ermənistan üçün mühüm və tarixi önəm kəsb etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı da öz növbəsində işğaldan azad olunmuş ərazilərimizdə görülən genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd etdi. Bu xüsusda Prezident İlham Əliyev 53 mindən artıq keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtdığını, Azərbaycanın "Böyük Qayıdış" Proqramına uyğun olaraq genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın donor kimi COVID-19 zamanı 80-dən çox ölkəyə yardım göstərdiyini qeyd etdi və bundan sonra da regional, həmçinin beynəlxalq sülh gündəliyini dəstəkləyərək bu işə öz töhfəsini verəcəyini dedi. 2026-cı ildə ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu kimi böyük tədbirinin keçiriləcəyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, bu tədbir Azərbaycanın şəhərsalma, xüsusən də postmünaqişə şəraitində şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübəsinin beynəlxalq ictimaiyyətlə bölüşməsi üçün yaxşı fürsət yaradır.


***

18:48

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı BMT-nin fəxri qonaqlar kitabını imzaladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş birgə foto çəkdirdilər.

FOTOLAR

Prezident BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdü- YENİLƏNDİ — 1
Prezident BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdü- YENİLƏNDİ — 2
Prezident BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşdü- YENİLƏNDİ — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər