Prezident Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi

Prezident Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi
29.05.2025 13:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. 

TodayPress TV xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi. 

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olundu. 

Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirildi. 

Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

FOTOLAR

Prezident Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi — 1
Prezident Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər