Prezident: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatdı

Prezident: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatdı
18.10.2025 10:48

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın spektri çox genişdir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın "Kazinform" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında qarşılıqlı əlaqələri genişləndirərək birgə təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir: "Bu gün ölkəmizdə Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya strukturu qeydiyyata alınıb ki, bu da investisiya mühitinə yüksək etimadı təsdiqləyir və iqtisadi qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm təməl yaradır".

Dövlət başçısı qarşılıqlı ticarət sahəsində müsbət dinamikanı da qeyd edib. "Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 470 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin yanvar ayından avqust ayına qədər isə 547 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərini üç dəfədən çox üstələyir. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə şərtlənib", - o qeyd edib.

İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələrinin həcmi 225 milyon ABŞ dollarına çatıb, Qazaxıstanın Azərbaycana investisiyaları isə 136 milyon ABŞ dolları təşkil edib. "Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı maraq göstərdiyinə dəlalət edir", - deyə Prezident əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Bütün Xəbərlər