Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
30.05.2026 15:26

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes "Baku Energy Week"-də iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı Səfirliyi sosial media hesabında məlumat paylaşıb.

Məlumata görə, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA Universitetində təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.

"Yaxın günlərdə görüşlərlə bağlı daha ətraflı məlumat paylaşacağıq. İnanırıq ki, bu səfər Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlıq sahəsində yeni dialoq və tərəfdaşlıqların inkişafına töhfə verəcək", - paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər